Suriyada qadın üsyançı: "Qadınların, uşaqların ölümü məni bura gəlməyə vadar etdi"

Suriyada qadın üsyançı: "Qadınların, uşaqların ölümü məni bura gəlməyə vadar etdi"

Türkiyənin "Anadolu" xəbər agentliyi Suriyada yeganə qadın üsyançı ilə xüsusi reportaj hazırlayıb. Bu, əslən suriyalı olan 41 yaşlı Kanada vətəndaşı Tveibə Kanafanidir. 2 uşaq anası 1 müddət əvvəl hazırda qığzın döyüşlərin getdiyi Hələb şəhərinə gəlib.


"Azad Suriya Ordusu"nun yeganə qadın üsyançısı öz ailəsini Torontoda qoyub gəlməsini belə izah edir: "Mən inqilabda ilk günlərdən iştirak edirəm, əvvəlcə "Facebook"da Suriya insan-haqları fəalı olmuşam. Bəli, mən mülki şəxsəm, mühəndisəm. Fransada neft-kimya sahəsində oxumuşam, Kanadada öz şirkətim var. Karyeram, ailəm və 2 övladım var. İnqilab başlayanda, təbii ki, məndə və dostlarımda çoxlu qarışıq hisslər yaratdı. Hələbə 1 ay əvvəl gəlmişəm. Qadınların, uşaqların, yaşlıların, terrorizmlə heç bir əlaqəsi olmayan, öz evlərində öldürülən günahsız insanların qətli məni bura gəlməyə və üsyançı gənclərin sıralarına qatılmağa vadar etdi".


Tvaiba Kanafani öz motivlərini axan qanı durdurmaq üçün nə isə etmək istəməsi kimi təsvir edib.

Bütün xəbərlər Facebook səhifəmizdə