Qərbin İrana təzyiqləri hər gün yeni ssenari ilə aktuallığını qoruyur. Bu gün Vaşinqtonda baş verən hadisələr məsələnin nə qədər ciddi olduğundan xəbər verir. ABŞ rəsmi olaraq diplomatik təzyiqlərin nəticə verməyəcəyi təqdirdə İranın nüvə obyektlərini bombalamaq planını İsrail tərəfinə təhvil verib. SİA məlumatı İsrailin "Haareç" qəzetinə istinadən verib.
Qəzetin verdiyi məlumata görə, Pentaqon həmin sənədi dövlət katibi Hillari Klintonun İsrailə səfərindən iki həftə əvvəl Yerusəlimə gizli səfər edən ABŞ prezidentinin milli məsələlər üzrə müşaviri Tomas Donilon vasitəsilə təhfil verib.
Donilon Netanyahuya Pentaqonun İrana hücum planı haqqında bütün məlumatı verib. Onu da bildirib ki, hücum planı olsa da hələlik onu reallaşdırmaq müəyyən səbəblərdən ertələnməlidir. Yaxın günlərdə Pentaqonun rəhbəri Leon Panetta Yerusəlimə gedəcək. Həlləlik isə İsrailə ABŞ prezidentliyinə respublikaçıların namizədi Mitt Romninin səfəri nəzərdə tutulub. Yeri gəlmişkən, Romninin qərargahından İsrailin İrana hücum planını dəstəklədiklərini bəyan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB