Suriyada yüzlərlə insanın ölümünə səbəb hökm sürən iğtişaşlar heyvanlara belə təsir edib. Türkiyə mətbuatının verdiyi məlumata görə, bomba və silah səslərindən təsirlənən 4 dəvə minalanmış sahədən keçərək Türkiyəyə pənah gətirib.
Dəvələr sərhəddən keçərkən tikanlı məftillərər ilişdikləri üçün yaralanıblar. Heyvanlar Qaziantep heyvanxanasına göndəriliblər. Qeyd edək ki, Suriyada dəvələri köklü və zəngin ailələr yetişdirir. Onlardan turizm məqsədilə ölkəyə gələn turistləri gəzdirməkdə istifadə edilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB