Artıq bir neçə gündür davam edən döyüşlərdən sonra Suriyanın Hələb şəhərinə tanklar və digər ağır hərbi texnika girib. Bununla yanaşı şəhər ağır çaplı toplarla atəşə tutulub. İlkin məlumatlara görə, hazırda gedən döyüşlərdə Müstəqil Suriya ordusunun 2 döyüşçüsü həlak olub. Müstəqil Suriya ordusunun komandanı Memun Gizzi bildirib ki, hazırda 100-dən artıq tank şəhərə doğru gəlir.
Qeyd edək ki, dünən gündüz saatlarından başlayaraq şəhər hava hücumlarına məruz qalmışdı.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB