İran hökuməti valyuta satışına məhdudiyyətlər qoyub

İran hökuməti valyuta satışına məhdudiyyətlər qoyub
Rəsmi Tehran vətəndaşları üçün daha bir sərt qərar tətbiq edib. Belə ki, İran hökuməti xarici ölkələrə səfər edən vətəndaşları üçün valyuta satışını dayandırıb. Qeyd edək ki, indiyədək xaricə gedən ölkə vətəndaşlarına valyutanı sərbəst bazar qiymətlərindən təxminən 40% daha ucuz satırdı. İran xarici ölkələrə səfər edən vətəndaşlarına qısa məsafələr üçün adambaşına 400 dollar, uzun məsafələr üçün isə 1000 dollar valyutanı ucuz qiymətlə satırdı. Ancaq artıq bu qaydanın tətbiqinə son qoyulub. Onuda əlavə edək ki, İranda mart ayına qədər 1 dollar 1200 tümən olduğu halda, martda 1900 tümənə çatıb.

Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə