Yunanıstan jurnalı Angela Merkeli soyqırımında günahlandırıb - QALMAQAL

Yunanıstan jurnalı Angela Merkeli soyqırımında günahlandırıb - QALMAQAL

Yunanıstanın "Crash" jurnalı özünün iyul sayında Almaniya kansleri Angela Merkeli yunanların soyqırımında günahlandıraraq xanım siyasətçini Quantanamo məhbusu geyimində təsvir edib.

Əllərinə qandal taxılmış şəkildə təsvir olunan Merkelin şəklinin altında "Bu şəxs insanlığa qarşı cinayətlər törədib. Onu beynəlxalq Haaqa məhkəməsi mühakinə və həbs etməlidir", sözləri yazılıb. Yunan jurnalı Merkelin "darıxmamağı" üçün onunla birlikdə müttəhimlər kürsüsündə Almaniyanın maliyyə naziri Volfranq Şoyble, Beynəlxalq Valyuta Fondunun prezidenti Kristin Laqard, Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo və Avropa İttifaqı Şurasının prezidenti Herman van Pompey "əyləşdirib".

"Merkel və onun dostları insan həyatının qiymətini bilmirlər. Kansler Yunanıstanı müasir konslagerə çevirib", - jurnal qazıb.


Bütün xəbərlər Facebook səhifəmizdə