Suriyalı deputat Türkiyəyə qaçıb

Suriyalı deputat Türkiyəyə qaçıb

Suriyalı deputat İhlas Bədəvi müxalifətlə birləşərək Türkiyəyə qaçıb. Bu barədə cümə günü Anadolu agentliyi xəbər verib.

Məlumata görə, o, Suriyanın müxalifətə qoşulan ilk deputatıdır. Bir müddət əvvəl Suriyanın İraq, BƏƏ və Kiprdəki səfirləri hakimiyyətdən ayrılaraq müxalifətlə birləşiblər.

Suriyada münaqişə 2011-ci ilin martından davam edir. BMT-nin məlumatına görə, münaqişə qurbanlarının sayı 16 min nəfərdir. Qərb ölkələri və bir sıra ərəb dövlətləri prezident Bəşər Əsədi öz postunu tərk etməyə çağırıraq bununla da zorakılığın dayanacağını güman edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə