İğtişaşlar yenidənmi başlayır?
Qazaxıstanın qərbində Janaozen şəhərinə yenidən daxili qoşunlar yeridilib. Dekabr iğtişaşlarında iştirak edənlərə oxunan hökmlə razılaşmayan qohumlar şəhərin mərkəzi meydanında mitinqə hazırlaşırlar.
Məhkumların yaxınları və dostları aclıq aksiyası keçirmək niyyətindədirlər. Janaozen sakinləri də onlara qoşulmaq niyyətindədirdlər. Onlar həm də şəhərin sabiq rəhbəri Jalqas Babaxanov haqqında çıxarılan çox yüngül cəza hökmünə etiraz edəcəklər.
Qeyd edək ki, şəhərin mərkəzi meydanı artıq ikinci gündür ki, polis əməkdaşları ilə əhatə olunub. Janaozen akimatı (administrasiyası) bura gücləndirilmiş daxili qoşunların yeridildiyini təsdiq edib.
Xatırladaq ki, ötən ilin dekabrın 16-17-də Janaozen şəhərində və Şetpe qəsəbəsində neft istehsalatatı kompaniyalarının qovulmuş işçilərinin iştirakı ilə kütləvi iğtişaşlar yaşanmışdı. Rəsmi məlumatlara görə təkcə Janaozendə 15 nəfər həlak olmuş, yüzlərlə insan isə yaralanmış, 40-dan çox bina isə yandırılaraq talan edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB