Suriya ordusu ölkədən qaçan dinc sakinlərə divan tutmaqda davam edir. Ordu komandanlığı bunu hökumət qoşunlarından qaçan müxalifət tərəfdarları kimi qələmə verir. SİA-nın Türkiyə mənbələrinə istinadən verdiyi məlumata görə, Türkiyə-Suriya sərhədi qismən bağlandığından və hökumət qüvvələrinin hər an atəş açacağından qorxan qaçqın ordusu bu dəfə üzünü İordaniyaya tərəf tutub. Dünən axşam Suriya əsgərləri İordaniyaya qaçanlara atəş açması səbəbindən iki ölkənin sərhəd qoşunları arasında atışma baş verib.
Qaçqınlar Deraa şəhərinin Əş-Şəhab rayonundan İordaniyaya keçməyə cəhd ediblər. Məlumata görə, atışma nəticəsində xeyli insan yaralanıb. Həmçinin İordaniyanın sərhədə doğru əlavə qoşun birlikləri yeritdiyi də bildirilir. Suriya-İordaniya sərhədində gedən atışmada 1 uşaq həlak olub. Bir iordaniyalı əsgər isə Remsa Dövlət xəstəxanasına qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB