Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya hökumətini kürd separatçılarını himayə etdiyini rəsmən bəyanlayıb. "Əl-Ərəbiyyə" telekanalı Ərdoğandan sitat gətib: "Bəşər Əsəd rejimi Suriyanın şimalında 5 əyaləti kürdlərin, onların terror təşkilatlarının ixtiyarına verib".
"Türkiyə bundan sonra hansı addımları atacaq" sualına cavab verən baş nazir bildirib ki, İraqda apardıqları əməliyyatları Suriyada da təkraralayacaqlar. Iraqın şimalı isə daim bombalanır. Ərdoğanın sözlərinə görə, müdafiə məqsədilə bütün tədbilər görüləcək.
Bu arada Suriyanın kürd əsilli üsyançıları Türkiyəyə kömək göstərmək təklifini ediblər. Onların lideri Ubed Musa bildirib ki, əgər Türkiyə kürd üsyançılarına hərbi dəstək göstərsə, onlar Əsəd rejiminə və kürd separatçılarına qarşı mübarizə aparmağa hazırdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB