Şimali Koreya lideri müğənni ilə ailə qurdu - VİDEO

Şimali Koreya lideri müğənni ilə ailə qurdu - VİDEO

Xəbər verdiyimiz kimi Şimali Koreya Respublikasının rəhbəri Kim Çen In ailə həyatı qurub. Uzun müddət ictimaiyyətdən gizli saxlanılan bu izdivac nəhayət baş tutdu. Amma Şimali Koreya liderinin ailəsi haqqında hələ də ətraflı məlumat verilmir. Bu bir dövlət sirri kimi qorunur.

Bütün qadağalara baxmayaraq Kim Çen Inın yenicə evləndiyi qadın haqqında maraqlı məqam ortaya çıxıb.


Gənc liderin həyat yoldaşı Ri Sol Yuya 2010-cu ildə Yeni il konserti zamanı səhnədə ifa edərkən vurulduğu deyilir. Ri Sol Yu o zaman Kim Çen İr və onun oğlunun qarşısında orkestr tərkibində çıxış edib.


Bundan başqa, ölkə liderinin evlənmə tarixinə qədər hər şeyin gizli saxlanıldığı Şimali Koreyada, birinci ledinin atasının professor, anasının isə həkim olduğu məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə