Suriyadakı kürdlər Türkiyədən kömək istədilər

Suriyadakı kürdlər Türkiyədən kömək istədilər
Türkiyə bizi hərbi texnika ilə təchiz etsə, biz PKK-a qarşı mübarizə aparacağıq. Bunu Suriya müxalifətində olan kürtlər deyib. Hələbdəki müxalifət qüvvələrinə rəhbərlik edən kürd əsilli Ubed Musa bildirib ki, hazırda onun tabeçiliyində olan dəstənin silah problemi var. Ubed Musanın sözlərinə görə, onlar PKK-a ilə mübarizə apara bilər. Çünki Suriyada fəaliyyət göstərən PKK-nin bütün gizli qərargahları onlara məlumdur. Bundan başqa Suriya ordusunun başqa bir keçmiş kürt əsilli zabiti bildirib ki, kürdlərin regionda yeni dövlət yaratmaq fikiri yoxdur. Qeyd edək ki, regiondakı Türkmanlar və Ələvilər də eyni bəyanatla çıxış edib. PKK-a yaxınlığı ilə tanınan Suriya Demokratik Birlik Partiyasının həmsədri Salih Müslüm BBC-ə açıqlamasında deyib ki, Suriya ərazisində kürd dövləti yaranmayacaq, PKK-nın həmin əraziləri nəzarətə görütməsinə gəlincə isə təşkilat hakimiyyətlə müxalifət arasında qalmamaq üçün bu yola əl atıb.

Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə