İranlı hakerlər bu dəfə İsrailin 220 saytına hücum etdilər

İranlı hakerlər bu dəfə İsrailin 220 saytına hücum etdilər

İranlı hakerlər ölkənin nüvə alimi Daryuş Rezayinejada qarşı terror həyata keçirildiyi günün ildönümündə İsrail saytlarına hücum ediblər və 220 saytı dağıdıblar. Bu barədə MEHR agentliyi xəbər verir.

Məlumata əsasən, özlərini Ditakadrz qrupu adlandıran hakerlər iddia edirlər ki, dağıdılmış saytların içərisində İsrail təhlükəsizlik qüvvələrinin təlim mərkəzinin və İsraildə plastik kartlar xidməti göstərən bir maliyyə müəssisəsinin saytları da var.

Onlar, həmçinin iddia edirlər ki, 220 saytdan başqa İsraildə müxtəlif saytlara server xidməti göstərən saytı da dağıdıblar.

Məlumatda dağıdılmış saytların adları göstərilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə