Baş nazir qeyd edib ki, Suriyanın şimal hissəsində kürdlərin toplanması burada yeni terror ocağının yaranmasına yol aça bilər. Türkiyənin isə bu təşkilatlanmaya göz yummaq fikri yoxdur.
Ərdoğan həmçinin əlavə edib ki, bu Bəşər Əsədin Türkiyə qarşı siyasətidir: "Əsəd bilərəkdən həmin ərazilərin kürdlərin nəzarətinə keçməsini istəyir.Proses isə Suriya müxalifəti vasitəsi ilə həyata keçirilir\".
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə qonşu ölkə olaraq Suriyanın parçalanmasını istəmir. Baş nazirin sözlərinə görə, bu fikirlər bir vaxtlar İraq üçün də səsləndi, amma heç bir nəticəsi olmadı. Yekun olaraq bu gün İraqda məhzəblər arası müharibə gedir.Türkiyə hökumətinin başçısı bildirib ki, şimali Suriyada PKK-nın olması rəsmi Ankara kimi Dəməşqi də narahat edən ciddi problem olmalıdır. Bu səbəbdən terror təşkilatının regionda güclənməsinə heç bir dövlət imkan verməməlidir. Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə PKK məsələsində səbr nümayiş etdirməyəcək. Çünki Suriyada PKK-nın güclənməsi Türkiyənin daxili siyasətini narahat edən ciddi məsələdir: "Hazırda rəsmi Ankara bu sahədə ciddi addımlar atmağa hazırlaşır".
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB