Türkiyə silahlı qüvvəllərinin Hakkaridə keçirdiyi əməliyyat nəticəsində 15 PKK terrorçusu öldürülüb. Qeyd edək ki, Cənub-Şərqi Anadolu bölgəsində dağ desant qüvvələrinin 2000-dən çox kontingenti terrorçulara qarşı hərbi əməliyyatlarda istifadə olunur. Məlumata görə, ötən gündən başlayan əməliyyatlarda 3 əsgər yaralanıb. Şəmdilli rayonun Rüzgarlı və Bağlar kəndlərində gizlənən terrorçuların yeri kəşfiyyat təyyarələri ilə müəyyənləşdirildikdən sonra hərbi əməliyyat başlanıb. Əməliyyata sikorski və kobra tipli hərbi helikopterlər də cəlb olunub. Hava və quru qoşunlarının birgə həyata keçirdiyi hərbi əməliyyatda terrorçuların bütün sığınacaqları dağıdılıb.
Vüqar Əliyev
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB