Tacikistanda naməlum şəxslər prokurorun olduğu avtomobili partladıblar. RİA "Novosti" xəbər verir ki, yaralanan Nafasbek Dilşodov Tacikistanın Qorno-Badaxşansk Muxtar Respublikasının Ruşanks rayonunun prokurorudur.
Məlumata görə, rayon prokuroru hadisə nəticəsində ağır yaralanıb.
Yerli KİV isə yazır ki, partladılmış avtomobildə prokuror ilə yanaşı başqa şəxs də olub və o da yaralanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib və hazırda onların vəziyyətləri ağırdır.
Hələlik hadisəni törədənlər haqda heç bir məlumat yoxdur, partlayışıla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB