Əgər dünya birliyi İrana qarşı təzyiqlərini davam etdirsə, Tehran uranın zənginləşdirilməsini 56 faizə çatdıracaq. Bu bəyanatı İİR-in ali dini lideri Əli Xamneyinin köməkçisi Rza Takavi verib.
"İran artıq uranın 20 faiz zənginləşdirilməsi gücünə malikdir. Amma onlar bizə (dünya nəhəngləri) təzyiqlərini davam etdirsələr, uranın zənginləşdirilməsini 56 faizə çatdıracağıq", deyə Takavi vurğulayıb.
Qeyd edək ki, bəyanat İran Milli Təhlükəsizlik Ali Şurası katibinin müavini Əli Baqirinin Avropa İttifaqı xarici məsələlər və təhlükəsizlik məsələri üzrə ali nümayəndəliyinin sədr müavini Helqi Şmidt arasında bu gün İstanbulda keçirilən görüşü ərəfəsində səslənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB