İraqda terror aktı: 110 nəfər öldü

İraqda terror aktı: 110 nəfər öldü

İraqda baş verən silsilə partlayışlarda 110 nəfər dünyasını dəyişib. SİA-nın məlumatına görə xəbəri İraqın daxili işlər nazirliyi yayıb. Əvvəlcə qurbanların sayının 107 olduğu bildirilsə də sonradan yaralılardan bir neçəsinin xəstəxanada dünyasını dəyişdiyi məlum olub. Yaralananların sayı isə 275 nəfərdir.

Tibb işçilərinin və asayiş keşikçilərinin verdiyi məlumata görə, əvvəlcə Bağdaddan 30 kilometr uzaqda yerləşən Mahmudiyyə şəhərində terror aktı törədilib. İki maşına yerləşdirilmiş partlayıcı qurğulardan əvvəlcə biri, təcili tibbi yardım maşınları hadisə yerinə yaxınlaşanda isə ikincisi partlayıb. Bundan sonra isə polis məntəqəsində üçüncü partlayış baş verib.


Daha bir partlayış Madene şəhərindəki mərkəzi bazarın yaxınlığında baş verib. Müqəddəs Nəcəf şəhərində baş verən terror aktında isə xeyli insan həlak olub. Əsasən türkmənlərin yaşadığı Kərkük şəhərində baş verən partlayış isə son iki ayın ən qanlı terror aktı kimi dəyərləndirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə