ABŞ-ın ilk astronavt qadını Salli Rayd uzun sürət xəstəlikdən sonra 61 yaşında dünyasını dəyişib. Amerika mediasının yazdığına görə, Salli ömrünün son il yarımını xərçəng xəstəliyi lə mübarizədə keçirib.
Mərhumun yaxınlarına başsağlığı verən ABŞ prezidenti Barak Obama bildirib ki, Salli Rayd gənc qızları ulduzların fəthinə ruhlandıran milli qəhrəman olub.
Qeyd edək ki, Stendford Universitetinin dörd diplomunu, o cümlədən fizika doktoru adını almış Salli 1978-ci ildə qadınları astronavtikaya daxil edəndə ilk dəstədə yer alanlardan olub. 1983-cü ilin iyununda o, dörd kişi ilə birgə "Çellencers" kosmik raketinin ekipajına daxil edilib. Bununla da Valentina Tereşkova və Svetlana Saviçkidən sonra kosmosa uçan üçüncü qadın olub. 1984-cü ildə Rayd yenidən "Çellencers"in tərkibində kosmosa uçub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB