Türkiyədə hərbi helikopter qəzasında 5 nəfər ölüb

Türkiyədə hərbi helikopter qəzasında 5 nəfər ölüb

Türkiyənin Hakkari əyalətində hərbi helikopter qəzaya uğrayıb. SİA-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qəza zamanı 5 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.

İlkin məlumatlara əsasən, İraq sərhədi yaxınlığında yerləşən Hakkaridə 4 helikopter heyəti və 11 nəfərlik təhlükəsizlik qrupu ilə birlikdə Yüksekovadan qalxan "S-70 Sikorsky" tipli helikopter Dağlıcanın 12 km şimal-şərqindəki Dərya Təpə adlı ərazidə enişə keçdiyi əsnada güc itkisiylə bağlı olaraq qəzaya uğrayıb.

Qeyd edək ki, bu barədə ordudan verilən xəbərə görə, vertolyotun qəzaya uğramasına səbəb texniki problem olub. Ancaq PKK-ya yaxınlığı ilə tanınan "Fırat" xəbər agentliyi bu barədə xəbər yayaraq PKK tərəfindən vurulduğunu bildirib.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə