Bu il Əfqanıstandan çıxarılacaq 23 min Ameika hərbçisinin yarısı bu ölkəni artıq tərk edib. "Assoşeyted Press"ə istinadən xəbər verilir ki, bu barədə NATO-nun Əfqanıstandakı komandanı, amerikalı general Con Allen bəyan edib.
Buna baxmayaraq Allen bildirib ki, Əfqanıstanda ABŞ-nin rəhbərliyi ilə hərbi əməliyyatlar davam etdiriləcək.
Qeyd edək ki, prezident Barak Obamanın razılığına əsasən, qoşun kontingentinin Əfqanıstandan tam çıxarılması sentyabrın 30-dək yekunlaşacaq. Yalnız bundan sonra bu ölkədə olan ABŞ əsgərlərinin sayı 68 minə çatdırılacaq. Həmçinin koalisiya qoşunlarının sayı 40 min olacaq. Ümumilikdə Əfqanıstanda 110 minədək hərbçi saxlanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB