Rusiya fizikləri zəlzələni əvvəlcədən xəbər verən cihaz hazırlayıb

Rusiya fizikləri zəlzələni əvvəlcədən xəbər verən cihaz hazırlayıb

Rus fizikləri müasir texnologiyalar əsasında yaradılan "Kanopus-B" zəlzələ müəyyənləşdirmə peykini bu gün kosmosa göndəriblər. Qazaxıstanın Baykanur aerokosmik stansiyasından "Soyuz FG" kosmik gəmisi ilə göndərilən peyk qurğusu yer kürəsində baş verəcək zəlzələni əvvəlcədən xəbər verəcək.

Qeyd edək ki, bu bütün yer kürəsini nəzarətdə saxlayacaq. Rusiya aerokosmik mühəndislərinin İTAR-TASS agentliyinə verdiyi məlumata görə, "Kanopus B" peyki bugünə qədər heç bir dövlətin icad etmədiyi texnologiya əsasında yığılıb. Yer kürəsindən 510 km hündürlükdə qurulan qurğu 7 il müddətində fəaliyyət göstərəcək.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə