Hindistanın yeni prezidenti seçildi

Hindistanın yeni prezidenti seçildi

Hindistan parlamentində keçirilən seçki nəticəsində ölkənin hakim Konqre partiyasının namizədi və sabiq maliyyə naziri Praneb Mukherji yeni prezident seçilib. 76 yaşlı siyasətçi 4120 millət vəkilinin səs verməsi nəticəsində ölkənin prezidenti olub. Səsvermənin nəticəsi bəlli olduqdan sonra açıqlama verən yeni dövlət başçısı çalışdığı müddətdə Hindistan xalqının etimadını qazanacağını bəyan edib. Qeyd edək ki, bir müddət əvvəl Praneb Mukherjinin adı rüşvət olaylarında hallanırdı. 2014-cü il prezident seçkilərinə kimi Mukherji xalqın etimadını qazana bilsə, növbəti dövrə rəqibsiz ölkə başçısı olacaq. Qeyd edək ki, bundan əvvəl bu vəzifədə Hindistanın ilk qadın prezidenti Prathiba Patil idi.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə