1993-1995-ci illlərdə Türkiyə dövlətinin məxfi əməliyyatlarında istifadə olunan JİTEM-in (Jandarma İstibarat və Terrorla Mücadilə) 15 əməkdaşı ilə bağlı Diyarbəkir bölgə Ağır Cəza Məhkəməsi prokurorluğu cinayət işi qaldırıb. Prokurorluğun məlumatına görə, haqqlarında ömürlük qiyabi həbs cəzası çıxarılan keçmiş JİTEM əməkdaşları 1993-1995-ci illərdə 32 dinc sakini öldürməkdə ittiham olunub. Qeyd edək ki, ömürlük həbs cəzasına məhkum olunanlar arasında general-mayor Levent Ərsöz də var. Gizli şahid ifadələrinə görə, general-mayor da daxil olmaqla 15 nəfərlik xüsusi təyinatlı qrup Türkiyə ordusu baş qərargahı tərəfindən idarə olunub. Baş qərargahdan verilən təlimat əsasında 32 nəfər PKK terror təşkilatına yardım etdikləri üçün öldürülüb. Şahid ifadələrində həmçinin qeyd olunub ki, keçmiş JİTEM əməkdaşları həm dövrlərdə bölgədə yaşayan insanları qorxu və təlaş içərisində saxlayırlarmış. Qeyd edək ki, həmin şəxslərin yerli əhaliyə bu cür təsiri onların əksəriyyətinin PKK tərəfinə keçməsinə səbəb olub. İstintaq materiallarına görə, ərazidə baş verən insidentlər səbəbindən dindirilməyə aparılan kənd sakinlər daha sonra insanların gözləri qarşısında güllələnərək öldürülüblər. Bundan başqa keçmiş hərbiçilər bölgənin imkanlı şəxslərindən xərac alırlarmış. Tələb olunan məbləğ çatdırılmadığı təqdirdə isə ya şəxslərin mallarına, ya da canlarına xəsarət yetirilib. Qeyd edək ki, JİTEM 1987-ci ildə terrorla mübarizə məqsədi üçün yaradılıb. 1995-ci ilədə Cənub-Şərqi Anadolu bölgəsində Türkiyə baş qərargahı tərəfindən PKK qarşı əməliyyatlarda istifadə olunub. 1995-ci ildə Türkiyə ictimaiyyətində ciddi rezonansa səbəb olan "Susurluq hadisəsi" dövlətin bir sıra məxfi işlər kimi JİTEM-in də fəaliyyətini ifşa edib. Belə ki, "Susurluq araşdırma" komissiyasının apardığı tədqiqat zamanı məlum oldu ki, bəzi yüksək rütbəli hərbiçilər, dövlət məmurları və dinc əhali JİTEM-in təşkil etdiyi sui-qəsdlər və əməliyyatlar nəticəsində öldürülüb. Məhz bu cür araşdırmanın nəticəsi olaraq JİTEM 1995-ci ildə dövlət tərəfindən ləğv olunub.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB