BMT-nin Təhlükəsizlik Şurası Suriya hakimiyyətinə Annan sülh planını tətbiq etməsi üçün əlavə vaxt verib. SİA-nın məlumatına görə, ABŞ-ın BMT-dəki nümayəndəsi Susan Rays: "Ümüd edirik ki, Suriya ona verilən son şansı dəyərləndirəcək",-deyə bildirib. Amerikalı diplomatın sözlərinə görə, Suriyaya ayrılmış vaxtda Təhlükəsizlik Şurası ölkələri tərəfindən nəzarət olunacaq. Qərarda qeyd olunub ki, 30 gün müddətində ölkədə sabitlik bərpa olunsa və ağır silahlardan istifadə olunmasa, Əsəd rejiminə əlavə vaxt veriləcək.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB