Bolqarıstanda turist avtobusunu İsveç vətəndaşı partladıb

Bolqarıstanda turist avtobusunu İsveç vətəndaşı partladıb

İsveç höküməti isə bunu təkzib edir


Bolqarıstanın Burqas şəhərində israilli turistlərin avtobusunu partladanın adı açıqlanıb. İTAR-TASS-ın verdiyi məlumata görə, Britaniya telekanaları onun İsveç vətəndaşı, iran əsilli Mehdi Gözəli olduğunu bildiriblər. Məlumata görə, o, terrorçu-intiharçı olmağı planlaşdırmırmış. Mehdi gözəli partlayıcı qurğunu avtobusa yerləşdirmək və hadisə yerindən qaçmaq istəsə də, nədənsə buna nail ola bilməyib.


Mehdi Göhəlinin Böyük Britaniyadakı mədrəsələrdən birində təhsil aldığı, tez-tez Səudiyyə Ərəbistanı, Əfqanıstan və Pakistana səfər etdiyi bildirilir. 2009-cu ildə onu digər 11 xarici ölkə vətəndaşı ilə birlikdə Əfqanıstan ərazisinə qanunsuz keçmək cəhdinə görə saxlayıblar.


Mehdi Gözəli 2002-2004-cu illərdə Kubadakı Quantanamo hərbi bazasında həbsdə qalıb. Sonra onu İsveç hökumətinə təhvil veriblər.


Bununla belə, İsveçin təhlükəsizlik xidməti terror aktını bu ölkənin vətəndaşı Mehdi Gözəlinin törətdiyi barədə məlumatları təkzib edib. "Biz təsdiqləyə bilərik ki, terror aktını o törətməyib", - təhlükəsizlik xidməti zabiti Klaes Ulsson İsveç teleqraf agentliyinə müsahibəsində deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə