Sərhəddə keçmiş Suriya lideri və Bəşər Əsədin atası Hafiz Əsədin portreti yandırılıb
Suriya müxalifətinin silahlı dəstələri Türkiyə ilə sərhəddə yerləşən nəzarət-buraxılış məntəqəsini ələ keçiriliblər. İTAR-TASS-a istinadən xəbər verilir ki, Bab əl-Hava şəhəri yaxınlığındakı məntəqənin nəzarətə götürüldüyünü Londondakı "Suriya insan hüquqları üuzrə müşahidə mərkəzi" ictimai təşkilatı yayıb. Təşkilatın direktoru Rami Əbdülrəhmanın sözlərinə görə, hökumət qoşunları geri çəkilib və müxalifət nəzarət-buraxılış məntəqəsini tutub.
İnternetdə Dəməşq rejiminin silahlı əleyhdarlarının nəzarət-buraxılış məntqəsində Suriya prezidenti Bəşər Əsədin portretini qopardıqlarının əks olunduğu videoçarx yerləşdirilib. Bundan başqa, keçmiş Suriya lideri və Bəşər Əsədin atası Hafiz Əsədin də portreti yandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB