Hərbi qulluqçuların valideynləri Nazirlər Kabinetinə hücum çəkiblər

Hərbi qulluqçuların valideynləri Nazirlər Kabinetinə hücum çəkiblər

Ermənistanda dinc dövrdə həlak olmuş hərbçilərin valideynləri ölkənin Nazirlər Kabinetinin binasına hücum çəkiblər. Erməni saytları xəbər verir ki, onlar binaya daxil olaraq iclasda iştirak edən baş nazir Tiqran Sarkisyanla görüşə can atıblar. Əsasən qadınlardan ibarət qrup övladlarının ölüm səbəbinin araşdırılmasını tələb edib.


Hüquq-mühafizə orqanları əməkdaşlarının səylərinə baxmayaraq qadınları binadan uzaqlaşdırmaq mümkün olmayıb. Onlar baş nazirlə görüşdə israrlıdırlar. Valideynlərdən birinin bildirdiyinə görə, övladının elektrik cərəyanından ölmədiyini isbata yetirmək üçün ona beş il vaxt lazım olub. İndi təxminən bir o qədər də lazımdır ki, qatilin kimliyi müəyyənləşsin.

Bütün xəbərlər Facebook səhifəmizdə