Bolqarıstanda İsrail turistlərinə məxsus avtobus partladılıb. SİA-nın məlumatına görə, hadisə nəticəsində 7 nəfər ölüb, 30 nəfər isə yaralanıb. "EURONEWS"-un yaydığı məlumata əsasən, 40 nəfər turistin olduğu avtobus Bolqarıstanın Bourqas hava limanına çatdığı ərəfədə partladılıb. Hadisə ilə bağlı açıqlama verən İsrailin baş naziri Benyamin Netanyahu qeyd edib ki, terror aktının təşkilatçısı İran dövlətidir. Qeyd edək ki, aparılan ilkin araşdırmalar da hadisənin İran tərəfindən törədildiyini təsdiqləyir. Xatırladaq ki, hadisə 1994-cü ildə Argentinada terror aktı nəticəsində həyatlarını itimiş 85 yahudi əsilli insanların ölüm tarixinə təsadüf edir.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB