Ketrin Eşton: \"Aİ Dağlıq Qarabağda keçirilən \"prezident seçkiləri\"ni tanımır\"
\"İyulun 19-da Dağlıq Qarabağda \"prezident seçkiləri\" keçiriləcək. Mən qeyd etmək istərdim ki, Avropa İttifaqı seçkilərin keçiriləcəyi hüquqi çərçivələri tanımır. Bu \"seçkilər\" münaqişənin sülh yolu ilə nizamlanması barədə danışıqların əsas çərçivəsinin gedişində Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə zərər yetirməməlidir\". Bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun bu gün yayılmış bəyanatında deyilir.
Bəyanatda K.Eşton ATƏT-in Minsk Qrupunu və həmsədrlərin münaqişənin dinc yolla həll olunması üçün göstərdikləri səyləri bir daha dəstəkləyib: \"Mən tərəfləri münaqişənin danışıqlar yolu ilə Madrid prinsipləri əsasında həll yolunun tapılması üzrə səylərini fəallaşdırmağa çağırıram. Mən Avropa Birliyinin bu istiqamətdəki səylərə bundan sonra da dəstək verəcəyini təsdiqləyirəm\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB