Liviyada parlament seçkilərində qalib kimdir, məğlub kim?
Ötən gün Liviyada bu yaxınlarda keçirilmiş parlament seçkilərinin yekun nəticələri açıqlanıb. SİA-nın xarici mənbələrə istinadən verdiyi məlumata görə, 2011-ci ildə milli keçid şurasında baş nazir vəsifəsini tutmuş Mahmud Cibrilin partiyası seçkilərin qalibi olub.
Belə ki, onun Milli Qüvvələr İttifaqı partiyası Liviya Milli Məclisinə 39 mandat əldə edib. Ən çox səs toplamış ikinci partiya isə 17 yerlə Müsəlman Qardaşlığı hərəkatının siyasi qanadı olan Ədalət və Quruculuq partiyası olub. Kiçik fraksiyalar isə ümumilikdə 24 mandata sahib çıxıb. Qeyri rəsmi məlumatlarda seçkilərdə ümumilikdə 33 qadının deputat seçildiyi bildirilsə də, seçki komissiyası müstəqil namizəd qismində yalnız bir qadının namizəd seçildiyini açıqlayıb.
Tarix Liviya inqilabçılarının arzusunu təkrarlamadı. "İnqilablar öz balalarını yeyir" termini bu dəfə liviyalı inqilabçıları, 6 aydan çox Qəddafiyə qarşı vuruşub pul, hakimiyyət, cah-cəlal arzusunda olanları intizarda qoymadı. Qanları bahasına əldə etdikləri qələbədən onlara pay düşmədi. Sürpriz nəticə keçmiş cihadçı və qiyamçı komandir Əbdül Hakim Belhacın rəhbərlik etdiyi Milli İslamçı partiyanın heç bir oturacaq əldə edə bilməməsi olub.
Qeyd edək ki, 200 üzvlük Assambleyanın qalan yerlərini isə müstəqil namizədlər tutacaq. Yeni Parlamentin əsas tapşırığı Milli Keçid Şurasını əvəz edəcək höküməti qurmaqdan ibarət olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB