Cənubi Afrikanın keçmiş prezidenti, məşhur insan haqları müdafiəçisi 94 yaşını qeyd edir
Bu gün Beynəlxalq Nelson Mandela Günüdür. Həmin tarix Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelanın sülh və azadlığa töhfələrinin tanınması əlaməti olaraq, 2009-cu ildə BMT-nin Baş Assambleyasının 64/13-cü qətnaməsinə əsasən təyin olunub.
Bu gün Nelson Mandela 94 yaşını qeyd edir. İrqi ayrı-seçkiliyə qarşı mübarizənin simvoluna çevrilmiş Nelson Mandela Afrikanın ən məşhur insan haqları müdafiəçisi kimi, siyasi məhbus kimi, beynəlxalq miqyaslı sülhməramlı kimi və Cənubi Afrika Respublikasının ilk prezidenti kimi ömrünün 67 ilini sülh və humanizm işinə sərf edib. Məhz bununla əlaqədar, bu il beynəlxalq Nelson Mandela günü "Başqalarına kömək etmək üçün 67 dəqiqə ayırın" şüarı altında keçirilir. Dünyanın bir çox ölkələrində bu gün 67 dəqiqə xeyriyyə ilə məşğul olmaq aksiyaları keçirilir.
Bu arada, Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Bill Klinton qızı Çelsi ilə birlikdə Cənubi Afrikaya səfər edib və Nelson Mandela ilə görüşüb. Mandelanın doğma Qunu kəndində baş tutan görüş 90 dəqiqə davam edib və Bill Klinton görüş barədə jurnalistlərə açıqlama verməkdən imtina edib. Qeyd edək ki, Nelson Mandela səhhətində problemlərlə əlaqədar son vaxtlar ictimaiyyət arasına çıxmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB