Pakistanda terror aktı olub

Pakistanın şimal-qərbində terror aktı baş verib. Anadolu informasiya agentliyinin Pakistan hüquq-mühafizə orqanlarına istinadən yaydığı məlumata görə, hadisə yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində baş verib. Baş verən partlayışda 12 nəfər ölüb. Ərazinin səlahiyyətli nümayəndəsi Cəmil Xanın verdiyi açıqlamaya görə, terror aktı bölgədə yaşayan şiələrə yönəlib. Belə ki, şiələrin kompakt yaşadığı Spai kəndindən gələn avtobusun hadisə rayonuna çatması nəticəsində partlayıcı işə salınıb.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə