İraqın vitse-prezidenti Tarik Haşimi baş nazir Nuri Əl-Malikini Suriya prezidenti Bəşər Əsədlə ittifaqa girərək iraqlıları öldürməkdə ittiham etdi. SİA-nın məlumatına görə, Tarik Haşimi bildirib ki, Suriya prezidenti və İraq baş naziri bu cinayəti Əl-Qaidə terror təşkilatı vasitəsi ilə törədib. Vitse-prezident həmçinin əlavə edib ki, Sədr, Meysan, Kazimi, Divaniyə, Əş-Şulə şəhərlərindəki cinayətdə İraq silahlı qüvvələrin komandanı iştirak edib.
Qeyd edək ki, həmin cinayəti törədən yüksək rütbəli İraq hərbiçiləri ölkədən qaçırılıb. Yalnız kütləvi qırğında iştirak edən Əl-Qaidə liderləri hələ də ölkədədir. Bundan başqa ötən həftə istefa verib müxalifət tərəfə keçdiyi bəyan edən Suriyanın İraqdakı səfiri Nevaf Əl-Faris bildirib ki, Əsəd rejimi 2003-cü ildə Əl-Qaidə terror təşkilatı vasitəsi ilə Amerika Birləşmiş Ştatlarında terror aktı törədib.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB