Putin-Annan görüşü baş tutub

Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan BMT və Ərəb Liqası Suriya Xüsusi Səfiri Kofi Annanı qəbul edib. Putin görüşdən sonra verdiyi açıqlamada Rusiyanın indiyə qədər Annan Planını dəstəklədiyini və bu dəstəyin bundan sonra da davam edəcəyini ifadə edib. "Annanın Suriya böhranı mövzusundakı səylərini dəstəkləmək üçün hər şeyi edəcəyik", - Putin belə deyib.

Annan isə öz növbəsində Suriya böhranının dönüş nöqtəsində olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə