İki gündür ki, Diyarbəkirin Lice bölgəsinin dağlıq ərazisində 7-ci korpusa aid olan hərbi birliklər PKK terror təşkilatına qarşı geniş miqyaslı əməliyyata başlayıblar. Ərazidə böyük bir qrup terrorçunun yerləşdiyini xəbər alan jandarm və ordu komandanlığı hərbi əməliyyata başlama qərarı verib.
Əməliyyata F-16 qırıcı təyyarələri və "Kobra" helikopterləri cəlb edilib. Terrorçu qrupların gızləndiyi müəyyən edilən ərazilərə havadan və ağır toplardan zərbələr endirilir. Çoxlu sayda terrorçunun məhv edildiyi gələn xəbərlər arasındadır. Döyüşdə helikopterlərdən, xüsusi təyinatlı ordu birliklərinin yüngül dağ topları və reaktiv qurğularından istifadə edilib. Çox sayda silah sursat və terror təbliğatı materialları, tibb lavəzimatı, ərzaq aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB