Uzun müddətdən sonra Afrika Birliyi Efiopiyadakı zirvə görüşündə aldığı qərarla Cənubi afrikalı Nkosazana Dlamini-Zumanı birliyin başına gətirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Efiopiyadakı zirvədə 54 ölkədən 37-sinin dəstəyini qazanan Dlamini-Zuma Afrika Birliyinin ilk qadın lideri olub.
Yanvar ayında keçirilən seçkilərlə hər iki namizəd lazımi səsi toplaya bilmədiyi üçün Jean Pingin səlahiyyət müddəti 6 ay daha uzadılmışdı.
Cənubi Afrika prezidenti Jakob Zumanın keçmiş həyat yoldaşı olan Nkosazana daha əvvəl Sağlamlıq və Xarici işlər naziri vəzifəsində işləyib.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB