İraq Türkiyə təyyarələri üçün hava məkanını bağlayıb

İraq Türkiyə təyyarələri üçün hava məkanını bağlayıb

İraq Türkiyə təyyarələri üçün hava məkanını bağlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, İraqın türk təyyarələri üçün hava məkanını bağlamasından sonra Ərbil-İstanbul və Ərbil-Antalya reyslərini həyata keçirən Türkiyə Hava Yollarına (THY) məxsus təyyarələr Ərbil hava limanından havaya qalxmaq imkanından məhrum olaraq gözləmək məcburiyyətində qalıb.


İraqın hava məkanına nəzarət edən radar sistemindəki qəza səbəbindən uçuşlar dünəndən dayandırılıb. Buna görə də THY-nin İraqın Nəcəf, Kərkük, Bağdad və digər ərazilərə təşkil etdiyi uçuşlar baş tutmayıb. Uçuşların radarda yaranan texniki nasazlıqdan sonra bərpa ediləcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə