Türkiyə Suriyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

Türkiyə Suriyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya işgüzar səfərindən sonra rəsmi Ankara Dəməşqə qarşı yeni sanksiyalar tətbiq edə bilər. Bununla bağlı Türkiyə Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında Baş nazirin müavini Bülənd Arınç məlumat verib.

B.Arınçın sözlərinə görə, Suriyanın vurduğu türk hərbi təyyarəsinin qalıqlarının dənizin dibindən çıxarılması üçün ABŞ-ın "Felix" şirkəti ilə müqavilə imzalanıb. Axtarış tədbirləri Türkiyə Silahlı Qüvvələrinə məxsus "İnebolu" gəmisindən həyata keçiriləcəkdir. Bu tədbirlərin başa çatması və təyyarənin bütün hissələrinin çıxarılması bütün sualları cavablandırmağa imkan verəcəkdir.

Bu arada, R.T.Ərdoğanın Moskva səfəri ərəfəsində mətbuat konfransı keçirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdir ki, təyyarənin vurulması haqqında bütün məlumatlar Ankaraya təqdim edilib. Moskva, eyni zamanda Türkiyə ərazisində sığınacaq tapmış suriyalı qaçqınlara da yardım etməyə hazırdır.


Oqtay Bayramov

Bütün xəbərlər Facebook səhifəmizdə