Taxtdan salınan diktatorların sərvətləri haradadır?

Taxtdan salınan diktatorların sərvətləri haradadır?

Liviya, Tunis və Misirin taxtdan salınan diktatorları və onların qohumlarına aid 4,3 milyard dollar dəyərində pul və daşınmaz əmlakın Kanadada olduğu açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu rəqəmə həm də Suriya prezidenti Bəşər Əsəd, həyat yoldaşı və yaxınlarının pul və sərvətləri də daxildir.

Kanadanın dövlət agentliyi "The Canadian Press"in həmin ölkənin polisindən aldığı məlumata görə, bu rəqəm hələ son deyil. Bu rəqəmlər sadəcə xalqın bilməli olduğu müəyyən saydır.

Bununla yanaşı, Kanadanın Xarici İşlər Nazirliyi banklarda dondurulan hesablardakı pulların beynəlxalq hüquq normaları çərçivəsində həll edildikdən sonra adiyyatı ölkələrin hesablarına qaytarılacağı və hazırda da qaytarıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə