Əfqanıstanda son bir neçə gün ərzində bir neçə yüksək rütbəli rəsmi şəxsə qarşı sui-qəsd təşkil olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, son sui-qəsddə təhsil naziri Obeydullah Obeydi hədəf alınıb.
Qeyd edək ki, bombalı hücum dünən nazirin Bağlanın polis rəyisi Məhəmməd Kamin ilə birgə Bağlan və Qunduz vilayətlərinə səfəri zamanı rellaşıb. Nazirin avtomobil karvanı bombardman edilib. Hadisə zamanı nazirə heç bir zərər dəyməsə də onu qoruyan iki polis yaralanıb. Hücumun arxasında Taliban terroristlərinin dayandığı güman olunur.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB