Suriyanın Hama şəhərinin Tremsi rayonunda baş vermiş hadisə hökumətin terrorçu qruplara qarşı keçirdiyi hərbi əməliyyat olub. Bu barədə açıqlamanı Suriya iqtidarı yayıb. Açıqlamada həmçinin bildirilib ki, keçirilən əməliyyat nəticəsində yanlış olaraq iki dinc sakin həlak olub. Bölgədə yaşayan insanlar isə qeyd edib ki, hakimiyyətə mənsub silahlı dəstə heç kəsə məhəl qoymadan bütün insanlara atəş açıb. Əməliyyat başa çatdıqdan sonra isə bölgədəki bütün cəsədləri silahlı dəstə özləri ilə bərabər aparıb. Hadisəni tam ətraflı öyrənmək üçün əraziyə BMT nümayəndələri gəlib. Lakin hadisə rayonunda 220 nəfərin öldürülməsi ilə bağlı onlarda konkret faktlar mövcud deyil. Lakin Tremsi rayonunda hərbi əməliyyatın keçirildiyi istisna olunmur. Bundan başqa müşahidəçilər bildirib ki, ərazidə aparılan araşdırma zamanı məlum olub ki, rayonda hərbi əməliyyat ağır texnika ilə aparılıb. Suriya xarici işlər nazirliyinin nümayəndəsi Cihad Makdissi isə qeyd edib ki, rayonda keçirilən hərbi əməliyyat zamanı heç bir dinc sakinə atəş açılmayıb. Bundan başqa suriyalı diplomat əlavə edib ki, anti-terror əməliyyatı zamanı hərbi helikopterlərdən, tankdan və digər ağır texnikalardan istifadə olunmayıb. Təhlükəsizlik qüvvələrinin istifadə etdiyi yüngül silahlarla yalnız 39 terrorçu öldürülüb. Qeyd edək ki, son hərbi insidentdən sonra ölkə daxildə vəziyyət təhlükəli həddə çatıb.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB