Ermənistan günü gündən boşalır

Ermənistan günü gündən boşalır

Ağır sosial və iqtisadi vəziyyətdə olan Ermənistan günü gündən boşalır. Hər gün demək olar ki, yüzlərlə insan çörək pulu qazanamaq üçün xaricə qaçır. Miqrasiya ilə bağlı qorxulu göstəricilər və onların səbəbləri ölkənin gənclərini də narahat etməyə başlayıb. Belə ki, "Biz susmayacağıq" adlı gənc təşəbbüskarlar təşkilatı ölkədəki vəziyyəti göstərmək üçün miqrasiya haqqında sosial video çarx hazırlayıb.


Çarxın qəhrəmanı Ermənistanı tərk etməyə qərar verən orta yaşlı erməni qadındır. O, artıq 7 ildir ki, iş tapa bilmir. Çünki Ermənistanda iş tapmaq üçün ya məmur qohumu olmalısan, ya da qul kimi isşləməli, tabe olmalısan.


Qadın qaza görə əhalidən 40 faiz artıq pul tələb edən, suya isə Dubay səhralarındakı kimi qiymət qoyan Ermənistan hakimiyyətini tənqid edir.


Qəhrəman Ermənistanı belə müstəmləkədən qurtarmağa gücü çatmadığı üçün ölkəsindən üzr istəyir.


Erməni gəncləri isə vəziyyəti günü gündən ağırlaşan, işsizlik, yoxsulluq hökm sürən ölkələrini tərk etməyəcəklərini iddia edirlər - "Biz onların qayıtması üçün qalıb mübarizə aparacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə