Çin-Yaponiya münasibətləri gərginləşib

Çin-Yaponiya münasibətləri gərginləşib

Şərqi-Çin dənizindəki Senkaku-Cyaoyuytay mübahisəli adalar ətrafında yaranan qalmaqalla bağlı Yaponiyanın Pekindəki səfiri Uçiçiro Niva Tokioya çağırılıb.


Pekin aeroportunda jurnalistlərə açıqlama verən Niva bildirib ki, ölkəsinə qayıtmaqda məqsəd hökumətə mövcud vəziyyət barədə məlumat verməkdir. Diplomat yenidən Çinə nə vaxt qayıdacağı barədə xəbər vermək istəməyib.


Qeyd edək ki, iyulun 11 və 12-də bir neçə Çin hərbi gəmisi adıçəkilən adalara daxil olmuşdu. Yaponiya Pekinə etirazını bildirsə də, rəsmi Pekin Senkaku-Cyaoyuytay torpaqlarının Çinə məxsus olduğunu bəyan etmişdi.


Bütün xəbərlər Facebook səhifəmizdə