Papua-Yeni Qvineya polisi 29 adamyeyəni həbs edib

Papua-Yeni Qvineya polisi 29 adamyeyəni həbs edib

Papua-Yeni Qvineya polisi Madanq əyalətində əvvəlcədən planlaşdırılmış qətldə şübhəli bilinən 29 nəfəri həbs edib. SİA-nın dünya mətbuatına istinadən verdiyi məlumata görə, əyalət polisinin dindirməsi zamanı həbs edilmiş şəxslər 7 nəfəri öldürdüklərini, sonra isə yediklərini etiraf ediblər. Onların sözlərinə görə, qurbanları əhalini cəngəlliklərdə onların bədənlərinə xəsarət yetirəcəkləri və pullarını əllərindən alacaqları ilə hədələyən sehirbazlar olub.

Onlar əmindirlər ki, pis heç nə etməyiblər və əməllərini açıq etiraf edirlər. Polisin fikrincə, qatillər inanırlar ki, qurbanlarının beynini yeməklə və onların orqanlarından hazırlanmış şorba içməklə tamamilə güllə keçirməz olacaqlar.

Polis bildirib ki, bu işin əsas iştirakçıları həbs edilib, lakin belə bir vəhşi mədəniyyətin digər iştirakçılarının axtarışları davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə