Silvestr Stallonenin oğlu Hollivudda ölü tapılıb

Silvestr Stallonenin oğlu Hollivudda ölü tapılıb

Məhşur aktyor Silvestr Stallonenin böyük oğlu Seyc Hollivudda öz evində ölü tapılıb. SİA-nın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, onun vəkili Corc Braunşteyn rəsmi açıqlamasında bildirib ki, hazırda ölümün səbəbi tam olaraq dəqiqləşdirilməyib. Onun sözlərinə görə, polis bildirib ki, Seycin bədənində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Xatırladaq ki, Seyc Stallonenin 36 yaşı var idi. O aktyor, rejissor və kinoprodüser olub. Döyüş kinoları ulduzunun oğlu ilk dəfə ekrana "Rokki 5" filmi ilə gəlib.


Bütün xəbərlər Facebook səhifəmizdə