ABŞ İranı küncə sıxışdırır

ABŞ İranı küncə sıxışdırır

İran ətrafında həlqə getdikcə daralır. "Altılıq" ölkələri ilə danışıqlar səmərə vermədiyindən Tehrana qarşı tədbirlər planı siyasi müstəvidən, iqtisadi müstəviyə keçib. Artıq İrana qarşı embarqo kampaniyasına qoşulan ölkələrin sırası sıxlaşmağa başlayıb.

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti və Maliyyə Nazirliyi (MN) İran şirkətlərinə qarşı sanksiyalarını daha da genişləndirib. SİA "Frans-Press" agentliyinə istinadən xəbər verir ki, yeni qadağalar 11 İİR şirkətinə və 4 şəxsə şamil olunub. Vaşinqtonun fikrincə, bunlar Tehranın nüvə proqramı ilə əlaqədardır.


Bundan başqa ABŞ-nin Maliyyə Nazirliyi İran neftini alan müxtəlif ölkələrin 50-dək şirkətinin İİR-lə maliyyə əməkdaşlığını məhdudlaşdırıb. Belə ki, "qara siyahıya" düşmüş şirkətlər ABŞ ərazisində biznes əməliyyatlarını apara bilməyəcək. Onların amerikalı həmkarlarına isə iş müqavilələri imzalamaq yasaqlanıb.


MN-dən bildiriblər ki, yeni sanksiyalar Tehranın nüvə proqramından imtina etməsi üçün İrana təzyiq məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə