Suriya ordusunun Hama şəhəri yaxınlığındakı Terymsi məntəqəsində keçirdiyi əməlliyyatda 250 nəfər həyatını itirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriya müxalifəti əməliyyatda tank və toplarla yanaşı vertolyotlardan da istifadə edildiyini deyiblər.
Həbs edilən müxalifət tərəfdarlarının əsgərlər tərəfindən edam olunduğu haqda məlumatlar verilir. Qeyd edilib ki, bu qırğın 16 aydan çox davam edən qiyamların ən dəhşətlisidir.
Suriya Dövlət Televiziyası əməliyyatda 3 təhlükəsizlik işçisinin öldüyünü açıqlayıb və bunun günahını terrorçuların üzərinə atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB