Rəsmi Dəməşq ölkə müxalifəti ilə dialoqa hazırdır. Bunu Suriyanın Rusiyadakı səfiri Riyad Xəddad Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşdə deyib.
Rusiya mediası xəbər verir ki, Xəddad Suriya hakimiyyətinin BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya probleminin həlli üzrə xüsusi nümayəndəsi Kofi Annanın planının qəbuluna hazır olduğunu vurğulayıb. O, həmçinin bildirib ki, hakimiyyət Suriya xalqının mənafeyi naminə dialoqun aparılmasına hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB