Ötən il İtaliya hökumətinin rəhbəri vəzifəsindən istefaya gedən Silvio Berluskoni yenidən Nazirlər Kabinetinə rəhbərlik etməyə hazırdır. SİA-nın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, İtaliyanın "Azadlığın xalqı" partiyasının baş katibi Ancelino Alfano mətbuat konfransında bildirib ki, Berluskoni gələn il baş nazir kreslosu uğrunda gedən mübarizəyə qoşulmağa hazırdır. Xatırladaq ki, Berluskoni hələ də "Azadlığın xalqı" partiyasının prezidentidir, lakin baş nazirlik postundan kənarlaşdıqdan sonra aktiv siyasi fəaliyyətlə məşğul olmur.
Bundan öncə bu həftə hazırkı baş nazir Mario Monti bəyan etmişdi ki, baş nazir kreslosu uğrunda mübarizəyə qoşulmayacaq. 2013-cu ilin yazında İtaliyada növbəti ümumxalq parlament seçkiləri keçiriləcək və bununla da yeni hakim partiya və hökumət rəhbəri məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB